RU

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai müzakirə təşkil olunub (FOTO)

Bakı. Trend:

Tədbirdə tikintiyə və istismara icazələrin alınmasındamövcud vəziyyət və nəzərdə tutulan tədbirlər müzakirə edilib,sahibkarların təklifləri dinlənilib.

“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınmasıüçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət vəonların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimaimüzakirə təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanındaİctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininvə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikintisektorunda fəaliyyət göstərən sahibkarlar və aidiyyəti qurumlarınnümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri SamirAbdullayev tədbirin tikinti sektorunda qanunvericiliyintələbləri, tikinti və istismara icazələrin verilməsi, bu sahədə KOBsubyektlərinin qarşılaşdığı çətinliklərin dövlət-özəl sektorəməkdaşlığı çərçivəsində müzakirə edilməsi və əməkdaşlığıngenişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiriVüsal Şıxəliyev qeyd edib ki, tikinti və istismaraicazələrin verilməsi sahəsində görülən işlər və nəzərdə tutulantədbirlərlə bağlı ictimai müzakirənin təşkili sektor üzrəçağırışlarla bağlı fikir mübadiləsinin aparılması, işlərinkoordinasiyalı təşkili və dövlət-özəl sektor əməkdaşlığınıninkişafı baxımından əhəmiyyətlidir. Belə tədbirlər həmçinin mövcudprosedurların optimallaşdırılması və müvafiq sahədə islahatlarınhəyata keçirilməsi üçün faydalıdır.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisiRead Qasımov bildirib ki, tikinti sahəsininrəqəmsallaşdırılmasına dair “Elektron Tikinti Portalı” 2019-cu ildəistifadəyə verilib. Hazırda bütün proseslər tam rəqəmsal formatdahəyata keçirilir ki, bu da şəffaflığı və etimadı təmin edir. Sektorüzrə islahatlar və proseslərin təkmilləşdirilməsi üzərində sistemliişlər davam etdirilir. Paytaxtın uzunmüddətli inkişafını müəyyənedən əsas sənəd Bakı şəhərinin 2040-cı ilədək Baş Planıdır. Busənəd paytaxtın inkişafına aydın istiqamət verir: hər yeni layihəümumi konsepsiya ilə uzlaşdırılır, xaotik tikinti istisna olunur,yaşayış, biznes və ictimai məkanlar arasında balans qorunur,şəhərin memarlıq siması isə saxlanılır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovtikinti və istismar icazələri ilə bağlı prosedurlarınsadələşdirilməsinin, xüsusilə də elektron icazə sistemlərinintətbiqinin KOB-lar üçün yeni imkanlar açdığını qeyd edib. Bu,KOB-ların vaxt və vəsait itkisini minimuma endirir, fəaliyyətlərinidaha çevik qurmasına şərait yaradır və biznes mühitinin inkişafınatöhfə verir. Bununla belə, icazə prosedurlarının dəyişdirilməsizamanı bunun sahibkarların fəaliyyətinə təsiri əvvəlcədən cidditəhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu vəcavablandırılması üçün vahid elektron platformanın imkanlarıgenişləndirilməli, KOB-ların bu sahədə vaxt və vəsait itkilərininazaldılması üçün rəqəmsal həllərin və innovativ yanaşmalarındəstəklənməsi diqqət mərkəzində saxlanılmalıdır. KOBİA sədri qeydedib ki, sahibkarlar mövcud qanunvericilik və normativ tələblərləyaxından tanış olmalı, elektron icazə platformalarından aktivistifadə etməli və rəqəmsal imzalarla işləməyi vərdişə çevirməli,icazə prosedurlarında vaxt itkisini minimuma endirmək üçün bütünzəruri sənədləri əvvəlcədən tam hazırlamalıdır. KOBİA bu sahədəsahibkarlara zəruri əlaqələndirmə və dəstək göstərməkdə davamedəcəkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının prezidenti Məmməd Musayevqeyd edib ki, tikintiyə və istismara icazələrin verilməsi sahəsindərəqəmsallaşdırma, prosedurların sadələşdirilməsi sahəsindətədbirlər görülüb, bununla belə müvafiq istiqamətdə proseslərindaha da optimallaşdırılması sahibkarların gözləntilərisırasındadır.

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklərdinlənilib, onların həlli ilə bağlı müzakirələr aparılıb, suallarıcavablandırılıb.

Tikinti
Tikinti
Tikinti
Tikinti
Tikinti
Məqalədə:
Избранный
41
9
az.trend.az

9Источники