RU

Bolt şirkəti kart ödənişindən imtina edən sürücüləri işdən çıxardır? - AÇIQLAMA

Bakı.Trend:

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödənişüsulu kart olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildələğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlərgörməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən,şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir.İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonraonları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cəriməyazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq vəplatformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarındabirdən-birə mənfi məbləğ yaranıb.

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən Trend-ə bildirilib ki,sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsiqəbulolunmazdır.

Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsiləşikayət etməsi xahiş olunur: ""Bolt"un dəstək xidməti məsələniaraşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulurvə lazımi tədbirlər görülür".

Qeyd edilib ki, hazırda sürücülərin bank kart sifarişlərini rəddetmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur

"Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaitigündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücütərəfindən bank kart sifarişlərin rəddi kimi hal baş verdikdə vəaraşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərtlər vəqaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntutəkrarlanarsa, sürücünün "Bolt" xidmətlərindən istifadə hüquqununməhdudlaşdırılması da (bloklanma) mümkündür", - qurumdan əlavəolunub.

Məqalədə:
Избранный
14
13
az.trend.az

7Источники