RU

1317-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1317-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 87 644 PUA-sı, 631 zenit-raket kompleksi, 25 327 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 30 115 artilleriya və minaatanı, 43 055 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
15
49
axar.az

10Источники