RU

Bakıda sərxoş vəziyyətdə "Formula-1" yoluna çıxan şəxs həbs edildi

Bakıda spirtli içki qəbul edib "Formula-1" yarışının keçirildiyi yola çıxan şəxs həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev (adı və soyadı şərtidir) metronun "Sahil" stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan Daxili Qoşunların (DQ) əməkdaşlarına yaxınlaşaraq, həmin yolla hərəkət etmək istədiyini bildirib, yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. DQ əməkdaşları onunla söhbət apararaq yolun "Formula-1" Qran-prisi ilə bağlı bağlanıldığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb. O, ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib. Polis əməkdaşları tərəfindən C.Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə C.Quliyev 30 sutka inzibati qaydada həbs edilib.

Избранный
17
5
avtosfer.az

6Источники