Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.
Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən Trend-ə bildirilib ki, sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır.
Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur: "Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür".
Qeyd edilib ki, hazırda sürücülərin bank kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur.
"Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü tərəfindən bank kart sifarişlərin rəddi kimi hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərtlər və qaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu təkrarlanarsa, sürücünün "Bolt" xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması da (bloklanma) mümkündür", - qurumdan əlavə olunub.