RU

İdman tariximizdə ilk

Azərbaycanın idman tarixində bir ilk yaşanacaq.

Publika.az xəbər verir ki, ölkəmizdə birinci dəfə beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

Triatlonun ən vacib yarışı hesab edilən “IRONMAN 70.3 BAKU” MDB ölkələri arasında yalnız Azərbaycanda - paytaxt Bakıda baş tutacaq. Bu, ölkəmizdə triatlonun inkişafında, sağlam həyat tərzinin inkişaf etdirilməsində, eyni zamanda Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayacaq. Yarışın prioritet məqsədlərindən biri də şəhərimizə turistlərin cəlb olunmasıdır.

İştirakçılar idmanın müxtəlif növlərindən həzz almaqla yanaşı, Bakının heyranedici gözəlliyinin də şahidi olacaqlar. Belə ki, yarışlar günorta saatlarından başlayacaq və gün batımı vaxtı bitəcək. Bununla da paytaxtın gündüz həyatının aktivliyindən ilhamlanan atletlər finişi artıq işıqlı Bakı gecələrində tamamlamış olacaqlar.

Adındakı “70.3” ilə məsafəni bildirən yarışın marşrut xəritəsi bundan əvvəlkilərdən daha geniş və əhatəlidir. Yarışlar əsasən şəhərin mərkəzi küçələrini, görməli yerlərini əhatə edəcək.

Bundan başqa, tədbir çərçivəsində uşaqlar üçün də müxtəlif yarışlar nəzərdə tutulub. Azyaşlılar fərqli əyləncə növlərindən istifadə etməklə yarışlara qatıla bilərlər.

Избранный
26
1
publika.az

3Источники