RU

"Qarabağ" klubu "milyarder"lərlə eyni sırada...

UEFA Çempionlar Liqasında ilk altılıqda yerləşən komandaların heyət dəyəri diqqət çəkib.

Axar.az xəbər verir ki, heyətinin cəmi 24 milyon avro dəyəri olan "Qarabağ" futbol klubu milyard avroluq dəyəri olan komandalarla eyni sırada yerləşib.

Belə ki, xal hesabına görə ilk pilləni tutan "Bavariya"nın heyətinin dəyəri 906 milyon avrodur. Sonrakı sıralarda "Real Madrid" - 1.4 milyard, PSJ - 1.07 milyard, "İnter" - 707 milyon, "Arsenal" - 1.33 milyard, "Qarabağ" - 24 milyon avroluq heyət dəyəri ilə qərarlaşıblar.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının iki turundan sonra altı xalla altıncı pillədə qərarlaşıb.

Избранный
21
3
axar.az

4Источники