RU

Peskov ABŞ və Qərbi təhdid etdi: Bunu etsələr, cavab zərbəsi alacaqlar

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Ukraynanı “Tomaqavk” raketləri ilə təmin etsə, bu, gərginliyin ciddi şəkildə artmasına səbəb olacaq və adekvat cavab tələb edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Amerika nümayəndələri bu cür raketlərin tədarükü ilə bağlı imkanları müzakirə ediblər. Onlar ümumilikdə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi ehtimalını nəzərdən keçiriblər. Bu, kifayət qədər təhlükəli simptomdur və Moskvaya təsirsiz ötüşmür. Əgər bu baş verərsə, Rusiyadan yeni cavab zərbəsi tələb edəcək”, – Peskov bildirib.

Onun sözlərinə görə, Ukraynanın gələcəkdə əldə edəcəyi heç bir silah hərbi əməliyyatların gedişinə ciddi təsir göstərməyəcək.

“The Wall Street Journal” yazıb ki, ABŞ Ukraynaya “Tomaqavk” və “Barrakuda”, eləcə də 800 km mənzilli digər raketlər vermək imkanlarını araşdırır. Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib, lakin Ağ Ev NATO müttəfiqlərini analoji yardım göstərməyə çağırır. Ağ Evin mətbuat katibi Karoline Leavitt WSJ-nin hesabatına şərh verməkdən imtina edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
globalinfo.az

1Источники