RU

Putin: Hər şeyə hazır olmaq lazımdır

“Hər şeyin çox sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Hər şeyə hazır olmalıyıq”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib.

O qeyd edib ki, qlobal çoxmərkəzlilik məsələləri bu gün xüsusi diqqətə layiqdir: "Çoxqütblü dünya çox dinamikdir. Dəyişiklikləri təxmin etmək bəzən qeyri-mümkündür, buna tez reaksiya tələb olunur".

Rusiya prezidenti əlavə edib ki, müasir dünyada ümumi dil axtarmaq lazımdır.

Onun sözlərinə görə, heç vaxt qlobal səhnədə vəziyyətə təsir etmək istəyən bu qədər çox ölkə olmayıb: "Dünyada istənilən qərarlar yalnız hamını və ya çoxluğu qane edən razılaşmalar əsasında mümkündür. Əks halda, onlar qeyri-mümkündür. Çoxqütblülük Qərbin qlobal hegemonluğu saxlamaq cəhdlərinin birbaşa nəticəsidir. Dünyada hegemonluğun dağılması an məsələsidir".

Избранный
64
6
apa.az

8Источники