Xəbər verdiyimiz kimi, dünən Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı baş tutub.
Bəs bu universitetin əhəmiyyəti nədən ibarətdir?
Redaktor.az-a danışan ali təhsil üzrə mütəxəssis Vüsal Kərimli bildirdi ki, bu universitetin Azərbaycan təhsil mühitində kifayət qədər ciddi rolu olacaq.

"Müxtəlif ölkələrlə edilmiş ikili diplom proqramları, ikili birgə əməkdaşlıqla açılan universitetlərin ölkənin təhsil mühitinə çox ciddi müsbət təsir edəcəyinə inanıram. Xüsusilə İtaliya, Amerika, İngiltərə kimi ölkələrin universitetləri ilə əməkdaşlıq təhsilin keyfiyyətini artıracaq".
Onun fikrincə, bu, rəqabət mühitini formalaşdırır:
"Hər kəs bir-birindən öyrənməlidir prinsipi ilə fərqli yanaşmalar, fərqli metodikaların tətbiqi, düşünürəm ki, təhsilin inkişafına müsbət təsir edəcək. Azərbaycanlı gənclərin də təhsillərini daha fərqli formada qurulmuş təhsil mühitindən almaları birbaşa təhsilin inkişafına müsbət töhfə verəcək".
Aytəkin TOFİQQIZI