RU

Risk yüksəkdir, hər şey hazır olmalıyıq - Putin

Hər şeyin çox tez və kardinal şəkildə dəyişdiyi hazırkı qlobal vəziyyət bizdən hər şeyə hazır olmağı tələb edir. Eyni zamanda, hər bir insanın məsuliyyəti xüsusilə böyükdür.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” Konfransının plenar iclasındakı çıxışında deyib.

"Biz dəfələrlə qeyd etmişik ki, biz hər şeyin dəyişdiyi, çox sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Mən deyərdim ki, kəskin şəkildə dəyişir. Əlbəttə, heç birimiz gələcəyi tam olaraq görə bilmirik, lakin bu, bizi baş verə biləcək hər hansı bir hadisəyə hazır olmaq məsuliyyətindən azad etmir. Zamanın və son hadisələrin göstərdiyi kimi, biz hər şeyə hazır olmalıyıq. Tarixin belə dövrlərində hər kəsin məsuliyyəti xüsusilə böyükdür: həm öz taleyi, həm ölkənin taleyi, həm də bütün dünya üçün. Və burada risk son dərəcə yüksəkdir", - deyə Kreml rəhbəri bildirib.

Избранный
54
5
axar.az

6Источники