Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir çox tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.
Paytaxt.org bildirir ki, "Tribunainfo"-a daha bir şikayət ünvanlayan, və dələduzluqla üzləşən Aylin Hüseynova başına gələnləri danışıb.
“Mən” Pilgrm Education”u 3cü kursda olandan, yəni 2023-cü ildən tanıyıram. İlk dəfə onları Instagram hesabından paylaşdığı postlar üzrə tanımışam və onlara müraciət etdikdə, ortalamam/könüllülük səviyyəm və s. ilə bağlı mənim DP uyğun olduğumu bildirdilər. Həmin ərəfələrdə
şirkətin icraçı direktoru Aisa Aslanova mənə kiçik vərəqdə siyahı yazıb təqdim etdi: siyahıya Almaniya, Avstriya, İngiltərə kimi ölkələrlə yanaşı DP proqramına və sonsuz sayda universitetlərə müraciət paketinin 1500 AZN olduğunu qeyd etdilər. Və 2 aya yaxın mən qərar verməmiş mənə çoxlu zənglər edirdilər. Qərarımı vermədiyimi, hazırda düşündüyümü desəm də 2 aya yaxın mənə daima zəng və mesaj atırdılar. O zamanlar onların ofisi Hökümət evinin yanındakı hündür mərtəbəli binada yerləşirdi. Daha sonra 1 il keçdi, 4-cü kursda olanda ortalamama və “background”uma baxıb qərara gəldim ki, bəli, mən xaricdə təhsil üçün müraciət edə bilərəm. Əvvəllər” Pilgrm” ilə konsultasiyamız olduğu üçün yenidən konsultasiyalara dəvət üzərindən yollarımız kəsişdi. 2024-cü ildə konsultasiyalara başladıq və fevral ayında anamla İçərişəhərə getdikdə Aisa xanım çox güclü “motivator” olduğu üçün yüksək səviyyəli vədləri və sözləri ilə bizdə əminlik yaradaraq, mənə DP üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS çatışmadığını, ancaq mənim o sertifikatı asanlıqla ala biləcəyimi dedilər. Hətta mənə 90 faiz bizlikdir, 10 faiz sənlikdir dedilər. Onlar ödənişi alanda DP üçün almışdılar, ancaq hələki IELTS sertifikatım olmadığını bilirdilər. Ödənişlə bağlı təyin olunacaq konsultasiyaya gəlməzdən əvvəl mənimlə telefonda danışarkən, qiymətlərin qalxdığını, yəni 2500 olduğunu dediklərində, razı olmadığımı və imtina edəcəyimi bildirdim, onlar isə: “sənin üçün xüsusi endirim edəcəyik, 1500 azn ödəyərsən” dedilər. Halbuki, xaricdə təhsil proseslərində 1 il əvvəldən 1500 AZN almaq mənasız və əsassızdır, həmçinin proseslərin toplam dəyərinin əslində 1500 AZN dəyərində olmadığını öyrənə bilərsiniz. Müşahidə etdiyim problemli vəziyyətlərdən biri də odur ki, onlar xüsusilə yüksək nəticəli tələbələri cəlb etmək istəyirlər və onlara yüksək səviyyəli vədlər verirlər, çünki bilirlər ki, yüksək səviyyəli tələbələr ancaq yüksək səviyyəli universitetlərə müraciət edir və onların yüksək “vədləri” cəlbedici gələcəkdir, amma il boyunca müraciətlərin və ölkələrin səviyyəsi yavaş-yavaş düşür və proses zamanı sizə istəmədiyiniz yerlərə müraciət etmək üçün dəfələrlə təzyiqlər, təsirlər edirlər ki, prosesi dayandırıb ödənişi geri istəməyəsiniz.