RU

Xırdalanda küçəni su basdı - VİDEO

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, qurğudan güclü təzyiqlə su çıxıb, bu da ərazidə təhlükəli vəziyyət yaradıb. Həmçinin küçəyə axan su hərəkəti çətinləşdirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib: "Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir və bərpa işləri görülür".

Sözügedən görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
10
olaylar.az

10Источники