RU

Niderland və Azərbaycan əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Niderlandın Baş naziri Dik Shof Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ticarət, logistika və dəniz daşımaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdiyini bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.

"Avropa Siyasi Birliyinin Kopenhagendə bu gün keçirilən görüşündə mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Ölkələrimiz arasındakı əlaqələri və Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan tərəqqini yüksək qiymətləndirdiyimi bildirdim. Biz ticarət, logistika, dəniz daşımaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - o yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
3
olke.az

4Источники