RU

Yeniyetmə bıçaqlandı - Sumqayıtda dəhşət

Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Избранный
10
3
manset.az

5Источники