RU

Bu balıqlar sağlamlığınız üçün təhlükədir: Parazitlərlə dolu ola bilər

Dəniz məhsulları və balıq zülal və faydalı maddələrlə zəngindir. Lakin düzgün bişirilmədikdə, onlar orqanizm üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, parazitar orqanizmlər — lent qurdu, opistorxoz və müxtəlif trematodlar insan bədəninə yoluxmuş balıq vasitəsilə daxil olaraq ağır xəstəliklərə səbəb ola bilər.

Əsas təhlükələr:

Nəhəng lent qurdu – uzunluğu 10 metrə qədər böyüyə bilər və difillobotrioz yaradır. Əsas yoluxma səbəbi yaxşı bişirilməmiş və ya az qızardılmış balıqdır. Simptomlara halsızlıq, iştahanın itməsi və qusma daxildir.

Opistorxoz – qaraciyər və öd yollarını zədələyən parazitar xəstəlikdir. Çox vaxt yaxşı bişirilməmiş çay balığı vasitəsilə yoluxur.

Trematod və sestodlar – müvafiq olaraq şistosomoz və tenioz yaradır.

Necə qorunmalı?

Balığı yalnız yüksək temperaturda bişirin — ən azı 63°C-də qaynatmaq, sobada bişirmək və ya qızartmaq lazımdır.

Çiy, qurudulmuş və az duzlanmış balıqlardan, xüsusilə də çay balığından uzaq durun.

Bişirməzdən əvvəl balığı diqqətlə yoxlayın, şübhəli izlərə fikir verin.

Hansı balıq və dəniz məhsullarından imtina etmək tövsiyə olunur:

Vəhşi dəniz levreyi

Kafelnik (ilan balığı)

Atlantik böyükbaş

Köpəkbalığı əti

Kral makrel

Qılınc balığı

Ruvet (yağlı balıq)

Göy tuna

Qırmızı lusian

Marketdə satılan hazır suşi və rollar

 Bu qaydalara əməl etməklə, balığın bütün faydalı xüsusiyyətlərindən zövq ala bilər və sağlamlığınızı qorumuş olarsınız.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники