Bakı. Trend:
Müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu oktyabrın25-dək regional sənəd qəbulu mərkəzlərində və elektron qaydadaolmaqla iki formada həyata keçiriləcəkdir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlərin qeydolunan üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdimetmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncəşəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində (Ünvan:Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56), Bakı şəhərində isəMilli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbiİnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimovküçəsi 9a) fəaliyyət göstərəcək.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınhazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqihərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit,gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə dəixtisasını dəyişmək və ya artırmaq arzusunda olan SilahlıQüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusukimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cımaddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q”bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyataburaxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadıncinsli vətəndaşlar qəbul edilir.
Kursa qəbul üçün tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti(diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyətvəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuşsurəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);
- psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvidispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmamasıhaqqında arayışlar.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.azsaytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuşhazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbuluportalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Ətraflı məlumat üçün Milli Müdafiə Universitetinin rəsmi vebsaytına (mmu.edu.az) keçid edə və ya Çağrı mərkəzi – *0811 (işgünlərində saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlayabilərsiniz.