RU

Putin: "Qəzzada idarəetmə Mahmud Abbasa aid administrasiyaya verilməlidir"

Putin:

"Qəzza sektorunda hakimiyyətin Fələstin Prezidenti Mahmud Abbasın administrasiyasına və ya yerli orqanlara verilməsi daha məqsədəuyğundur".

Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bəyan edib.

"Bildiyim qədərilə, bu məsələdə (ABŞ Prezidenti Donald Trampın Qəzzada nizamlanma üzrə sülh planında – red.) hakimiyyətin Fələstin administrasiyasına ötürülməsi imkanı nəzərdə tutulur. Mənim fikrimcə, ümumiyyətlə hakimiyyətin Mahmud Abbas administrasiyasının idarəsinə verilməsi daha yaxşı olardı. Ola bilsin, onların təhlükəsizliklə bağlı məsələləri həll etməsi çətin olsun", – deyə Putin bildirib.

Dövlət başçısı əlavə edib ki, planda həmçinin Qəzzada təhlükəsizliyi təmin etmək üçün idarənin yerli orqanlara ötürülməsi variantı da nəzərdə tutulur: "Bəs bu, pisdirmi? Məncə, yaxşıdır".

Putinin sözlərinə görə, bir sıra suallar ortaya çıxır: "Birincisi, bu beynəlxalq administrasiya nə qədər fəaliyyət göstərəcək? Sonradan hakimiyyət kimə veriləcək?".

Xatırladaq ki, Donald Trampın Qəzza üzrə sülh planı ABŞ Prezidenti ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdən sonra Ağ Ev tərəfindən açıqlanıb. Netanyahu ABŞ-nin təşəbbüsünü dəstəkləyib(Report).
Избранный
6
1
reyting.az

2Источники