RU

Zelenski Prezidentlə görüşünü paylaşdı


Xəbər verdiyimiz kimi, oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə "Avropa Siyasi Birliyi”nin 7-ci zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna lideri Volodimir Zelenski ilə görüşü olub.

"Qafqazinfo”nun məlumatına görə, Zelenski Əliyevlə baş tutan görüşü haqda sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski paylaşımında İlham Əliyevə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, tərəflər Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səylər, enerji sahəsində əməkdaşlıq və mümkün müdafiə tərəfdaşlığı barədə müzakirələr aparıblar. Dövlət başçıları gələcək əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər. Sonda Ukrayna lideri Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
 

 


Избранный
18
11
nuh.az

10Источники