RU

“Yuventus”u “Real”a dəyişə bilər

“Yuventus”un mərkəz müdafiəçisi Bremer karyerasını “Real” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, Madrid klubu 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Braziliyalı futbolçu “Kral klubu”nun baş skautu Yuni Kalafatın diqqətindədir. 

Mənbə bildirir ki, oyunçunun “Real”a keçidinə onun qiyməti mane ola bilər. İtaliya nəhəngi Bremerin dəyərini 60 milyon avro qiymətləndirir. Lakin “Real” 28 yaşlı müdafiəçi üçün bu məbləği ödəməyə hazır deyil. Qeyd olunur ki, İngiltərə klubları “Yuventus”un tələb etdiyi məbləği ödəyə bilər.

Cari mövsümdə Bremer bütün turnirlərdə 5 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir.

Избранный
55
90deqiqe.az

1Источники