RU

“Artıq sevdiyimiz Avropa yoxdur” – Putin

“Rusiyada Avropa mədəniyyətinin biliciləri mənə artıq köhnə Avropanın olmadığını bildirdilər”.

Busaat.az xəbər verir ki, Putin bu barədə Valday Diskussiya Klubunun plenar iclası zamanı bildirib.

Onun sözlərinə görə, Avropanın dəyər bazasının itirilməsi köhnə Avropanın yox olmasına gətirib çıxarıb.

“Rusiyanın Qərblə birləşməsi lazım olduğuna inananlar var, lakin mənimlə təmasda olanda belə deyirlər: bizim çox sevdiyimiz Avropa artıq yoxdur. İndi ad çəkməyəcəm, amma onlar ölkəmizdə çox tanınmış insanlardır”, – deyə Rusiya prezident bildirib.

Putin qeyd edib ki, keçmiş Avropanın yoxa çıxmasına səbəb onun dəyər oriyentasiyalarının və təməlinin aşınması olub:

“Əgər bu belə davam edərsə, təbii ki, solmaqda olan mərkəz getdikcə daralacaq və yox olacaq. Və dəyər bazasının aşınması iqtisadiyyatla bağlı problemlərə gətirib çıxaracaq”,-deyə Putin vurğulayıb.

Yeganə

Избранный
20
busaat.az

1Источники