RU

Tramp Ukrayna ilə bağlı anons verdi: Son qoyacam

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin bitəcəyinə dair yeni bəyanatla çıxış edib.

Globalinfo.az xəbər veirr ki, o, bu barədə “One America News” telekanalına müsahibəsində danışıb. Tramp bildirib ki, ABŞ administrasiyası Rusiya ilə məsələni həll etmək üçün bütün imkanlardan istifadə edəcək:

“Biz Rusiya ilə məsələni bu və ya digər şəkildə həll edəcəyik. Biz bunu edəcəyik”.

Amerika lideri eyni zamanda etiraf edib ki, Ukrayna münaqişəsinin həlli onun düşündüyündən daha mürəkkəb olub.

Qeyd edək ki, əvvəlki açıqlamalarında Tramp müharibəyə tez bir zamanda son qoymağın mümkünlüyünü vurğulamışdı. O, hətta nəzəri olaraq bu prosesi bir həftə ərzində yekunlaşdırmağın mümkün ola biləcəyini söyləmişdi.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники