RU

"Grokipedia" nədir?

Amerikalı iş adam İlon Mask yeni böyük layihə hazırlayır.Metbuat.az xəbər verir ki, Mask rəsmi "X" hesabından etdiyi paylaşımda **"Vikipediya"**ya alternativ olaraq hazırlanan "Grokipedia" üzərində işlədiklərini bildirib. Maskın sözlərinə görə, bu platform süni intellekt dəstəkli olacaq və mövcud ensiklopediyalardan fərqli bir quruluşda hazırlanır. "Tesla" və "SpaceX"n CEO-su, süni intellekt çat-botu "Grok"dan adını alan onlayn ensiklopediyanın öz versiyasının ictimaiyyətə açıq, istifadədə heç bir məhdudiyyət olmayan açıq mənbəli məlumat platforması olacaq.İlon Mask "Grokipedia" layihəsində əsas element kimi yenə özünün inkişaf etdirdiyi "Grok" süni intellektindən istifadə etməyi planlaşdırır. İnternetdəki geniş məlumat hovuzundan və xüsusilə hər kəsə açıq tvitlərdən qidalanaraq təlim keçən "Grok" Maskın fikrincə, insan redaktorların öhdəsinə düşən yeniləmə və nəzarət funksiyalarını avtomatik şəkildə yerinə yetirə biləcək.Mask qatıldığı bir podkast yayımlananda, "Grok"un hər hansı bir "Wikipedia" səhifəsini nəzərdən keçirərək oradakı məlumatları düzgün, qismən düzgün və ya səhv olaraq ayıra biləcəyini, həmçinin əksik qismləri tamamlamaq qabiliyyətinə sahib olduğunu deyib.

Qeyd edək ki, "Grokipedia" uzun illərdir yayımlanan "Wikipedia"ya yeni bir alternativ olaraq önə çıxır. Lakin məzmunun doğruluğu, istifadəçi nəzarəti və icma idarəçiliyi kimi əsas elementlər hələ dəqiqləşməyib. İlon Maskın ifadələri bu elementlərin şəffaf və geniş iştirakla qurulacağını göstərir.

Избранный
31
metbuat.az

1Источники