RU

Xəzərdə 324 saylı tam orta məktəb yenidən istifadəyə verilib

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Heydər Əliyev Fondu paytaxtda yeni tədris ilində növbəti təhsil müəssisəsini istifadəyə verib.

Doğru.az xəbər verir ki, bu məktəb Xəzər rayonu, 324 saylı tam orta məktəbdir. 2007-ci ildə inşa olunan binanın vaxtilə köhnəlməsi və şagird sıxlığı səbəbindən məktəb üç növbəli fəaliyyət göstərirdi, emalatxana və laboratoriya isə mövcud deyildi.

2024-cü ilin sentyabrından Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və təmir-bərpa işləri çərçivəsində məktəbin sinif otaqları artırılıb, əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb və məktəb artıq yeni tədris ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
dogru.az

10Источники