Qubanın Kardaş kəndinə çağırışa gedən təcili tibbi yardım həkimləri yolu piyada qət etməyə məcbur olublar.
KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, kənd sakini Səxavət Mustafayevin sözlərinə görə, yaxınları xəstələndiyi üçün təcili yardım çağırıblar. Lakin kəndə gedən tibbi maşın yarı yolda qalıb və xəstəni yük maşını ilə aparmalı olublar.
Kənd sakinləri, həmçinin bildirirlər ki, Kardaş kəndinin ortasından çay keçir və kənddəki körpü ilə birlikdə yollar da ciddi problemlidir.
Məsələ ilə bağlı Kardaş kəndi bələdiyyəsindən deyilib ki, yolların təmiri üçün büdcədə kifayət qədər vəsait yoxdur. Lakin gələcəkdə vəsait ayrılan kimi yolların təmiri nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: