"Barselona" klubu UEFA qarşısında "Real Madrid"i tək qoydu.

Offsideplus.az xəbər verir ki, katalonlar UEFA ilə əlaqələrinin düzəlməsi fonunda Avropa Superliqası layihəsindən imtina etməyə qərar verib. 

Bununla da onlar layihədən çəkiləcək və beləcə "Real Madrid" layihədə qalan son dəstəkçisini də itirmiş olacaq. 

Xatırladaq ki, Avropa Superliqası layihəsi 2021-ci ildə "Real Madrid"in rəsmən başlatdığı, sonradan "Barselona", "Yuventus" klublarının və 6 Premyer Liqa klubunun qoşulduğu layihə idi.

Layihə başladıqdan bir gün sonra isə əvvəlcə Bundesliqa və Fransa liqası klubları bu layihəyə qarşı çıxdılar, daha sonra Premyer Liqa klubları layihədən rəsmən ayrıldılar. 

O zamandan bura layihədə sadəcə 3 klub qalmışdı ki, bu klublar "Real Madrid", "Barselona" və "Yuventus" idi. Turinlilər də bir müddət əvvəl layihəni tərk etmişdi və nəticədə sadəcə "Real" ilə "Barsa" qalmışdı.

Katalonların layihədən çıxması ilə "Real Madrid" UEFA qarşısında tək qaldı.