RU

Avropa Liqası: “Aston Villa” səfərdə “Feyenoord”a qalib gəlib - VİDEO

Avropa Liqasının II turunda “Feyenoord” “Aston Villa” ilə üz-üzə gəlib.

İdman.biz bildirir ki, oyun Rotterdamdakı “Feyenoord” stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Hesabı 61-ci dəqiqədə “Aston Villa”nın hücumçusu Emiliano Buendia açıb. Yarımmüdafiəçi Con Makginn 79-cu dəqiqədə fərqi artırıb.

Növbəti turda “Aston Villa” “Qo Ahed İqls”la, “Feyenoord” isə “Panatinaikos”la qarşılaşacaq. Oyunlar oktyabrın 23-də olacaq.

Builki Avropa Liqasının finalı İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Turnirin həlledici oyunu 2026-cı il mayın 20-də baş tutacaq.

Hazırda Avropa Liqasının qalibi “Tottenhem”dir.

İdman.biz

Избранный
9
idman.biz

1Источники