RU

Tramp onlara savaş açdı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp narkotik kartellərini “qanunsuz döyüşçülər” elan edərək, ölkəsinin hazırda “qeyri-beynəlxalq silahlı münaqişə” vəziyyətində olduğunu söyləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, bu qərar ABŞ-nin Karib dənizindəki qayıqlara zərbələr endirməsindən sonra Tramp administrasiyası tərəfindən hazırlanan memorandumda öz əksini tapıb.

Məsələ ilə tanış olan mənbənin bildirdiyinə görə, çərşənbə günü Pentaqon rəsmiləri bu məsələ barədə Konqresə məlumat veriblər. Qeyd edilir ki, memorandum Tramp administrasiyasının müharibə aparmaq üçün prezident səlahiyyətlərinin ənənəvi çərçivələrindən kənara çıxmaq niyyətində olduğunu göstərir.

Yerli KİV-lərin iddiasına görə, bu addım Ağ Evin müharibə səlahiyyətlərindən nə dərəcədə geniş istifadə etmək istədiyi və Konqresin bu cür hərbi əməliyyatlara nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı ciddi suallar yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
qafqazinfo.az

1Источники