RU

Azərbaycanın ən güclü klubu öz əmsalını artırdı

“Qarabağ” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Sportinfo.az xəbər verir ki, bu, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə “Kopenhagen”i məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb.

Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

İngiltərə (97.116) UEFA reytinqində birincidir.

Избранный
19
2
sportinfo.az

10Источники