RU

Azərbaycanda iki komandanın problemi üzə çıxdı - Yetərsay və “lipa”

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul olunub:

U-15 Liqasının “Sumqayıt” FK – “Turan Tovuz” FK oyununda “Sumqayıt”ın futbolçusu Elcan Quliyev qarşılaşmanın 61-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-14 Liqasının “Viktoriya” (Zaqatala) – “Alfa” (Zaqatala) oyunu bitdikdən sonra “Alfa”nın heyətində adı protokolda olmayan oyunçu aşkarlandığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilməli olan “Balxurma” – “Zaqatala” PFK oyunu “Balxurma”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Balxurma”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Избранный
32
sportinfo.az

1Источники