Bakı, 3 oktyabr, AZƏRTAC
Blaze Metreveli Britaniyanın Xarici Kəşfiyyat Xidməti - Mİ6-nın rəhbəri vəzifəsinə keçib.
AZƏRTAC “The Times”a istinadla xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olub.
48 yaşlı Metreveli 1909-cu ildə yaradılan, ancaq 1994-cü ildə rəsmi olaraq tanınan Mİ6-nın tarixində 18-ci və ən gənc rəhbər olub.
Xidmətin rəhbəri 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib və ərəb dilini mükəmməl bilir.
Nəşrin məlumatına görə, Metreveli təyinatından sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdə təsirini bərpa etməyə yönəldəcək. O, həmçinin sosial media vasitəsilə kəşfiyyat xidmətini daha açıq və şəffaf etməyi planlaşdırır.