RU

Putin Rusiya və Ukraynanın itkilərini müqayisə edib

BAKI, 3 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın itkilərinin Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə müqayisə edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı danışıb

O bildirib ki, Rusiyanın itkiləri dəfələrlə azdır. Putinin sözlərinə görə, son bir ay ərzində Ukrayna ordusu təxminən 45 min hərbçisini itirib

Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrində vətəndaşlar könüllü olaraq xidmət edir, Ukraynada isə hərbi xidmətə məcburi səfərbərlik yolu ilə çağırış aparılır. “Buna görə də Kiyev sadəcə olaraq insanları ölüme göndərir”, – deyə Rusiya lideri vurğulayıb.

Избранный
25
teleqraf.com

1Источники