RU

"Bitcoin"lə bağlı VAHİMƏLİ PROQNOZ

"Teorik olaraq, "Bitcoin"in məzənnəsi 2030 və ya 2035-ci ilə qədər 1 milyon ABŞ dollarına çata və hətta bu həddi aşa bilər".

Publika.az xəbər veriur ki, bu proqnozu Qazeta.ru-ya “BCS İnvestisiya Dünyası”nın fond bazarı üzrə eksperti Oleq Reşetnikov verib. O, investisiya evlərinin statistikalarına istinad edib.

“Doğrudan da belə nəticəyə gəlmək olar ki, "Bitcoin"in qiyməti (əgər onun təklifi məhduddursa) müəyyən bir zamanda 1 milyon dollara çata bilər, xüsusilə də onu hökumətlər tərəfindən çap edilən və inflyasiyaya məruz qalan pullarla müqayisə etdikdə,” - Reşetnikov "Telegram"ın qurucusu Pavel Durovun səsləndirdiyi ssenarini şərh edərkən bildirib.

Ekspert bir analogiya da təqdim edib. Onun sözlərinə görə, ABŞ-da pul kütləsinin həcmi 2000-ci ildən bu günə qədər demək olar ki, beş dəfə artaraq 4,7 trilyon dollardan 21,9 trilyon dollara yüksəlib.

"Eyni dövrdə ölkənin ÜDM-i isə 2,5 dəfə artıb. Yəni, pulun hesablaşma vasitəsi kimi funksiyasını yerinə yetirməsi üçün 2,5 dəfəlik artım kifayət edərdi (hətta daha az)", - deyə Reşetnikov qeyd edib.

Onun fikrincə, pul kütləsinin artımı gələcəkdə də davam edə bilər, lakin bu artımın xətti şəkildə olub-olmayacağı hələ məlum deyil. Məhz bu səbəbdən "Bitcoin"in 1 milyon dollara çatma müddəti dəyişə bilər.

Избранный
96
publika.az

1Источники