RU

Münhendə hava limanı bağlandı: Dron təhlükəsi...

Münhenin hava limanı (Almaniya - red.) hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə hava limanının saytı məlumat yayıb.

"Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi yerli vaxtla saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatı müşahidə edildiyinə görə onları tamamilə dayandırıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, insident nəticəsində 17 reys dayanıb. Fasilə 3 000-ə yaxın sərnişinə təsir edib.

Gələn 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurt limanlarına yönləndirilib.

Избранный
14
3
axar.az

4Источники