RU

Aİ Deripaskanın Avropadakı aktivlərini Raiffeisen Banka köçürə bilər

Avropa İttifaqı rusiyalı iş adamı Oleq Deripaska ilə əlaqəli Avstriyadakı aktivlərini bankın Rusiyada vurduğu itkilərin əvəzi olaraq Avstriyanın Raiffeisen bankına köçürməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Avropa rəsmilərinin bildirdiyinə görə, Aİ rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqəli aktivlərə qarşı sanksiyaları ləğv etməyə hazırlaşır, bu barədə Avstriyanın Raiffeisen Bank International-a Rusiyada dəymiş ziyanı kompensasiya etmək niyyətindədir”, nəşr yazır.
 
 Mənbələrin bildirdiyinə görə, Avstriyanın Strabag tikinti şirkətinin təxminən 2 milyard avro dəyərində olan və bir vaxtlar Deripaskanın bir hissəsi olan səhmlərinin dondurulması ilə bağlı müddəalar Aİ-nin Rusiyaya qarşı sanksiya təklifinin son layihəsində yer alıb.

Poliqon.info
 
 

Избранный
21
poliqon.info

1Источники