RU

Tramp müsəlman ölkəsinin üzərinə dəmir zireh çəkdi Gerçək səbəb

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın yanında Qətərə zəng edərək paytaxt Dohaya hücuma görə üzr istəyib. Daha sonra Tramp bu ölkəyə təhlükəsizlik zəmanəti verən order imzalayıb. Sənədə əsasən, ABŞ Qətərə istənilən silahlı hücumu Vaşinqtona təhdid olaraq qiymətləndirəcək.

ABŞ-ın bu ölkəyə xüsusi həssaslığının səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ-ın Qətərə xüsusi həssaslığı bölgədəki strateji maraqları ilə əlaqədardır:

“Qətər Körfəz regionunda mühüm geosiyasi mövqeyə sahibdir. ABŞ-ın burada hərbi bazaları, o cümlədən Əl-Udeyd aviabazası yerləşir. Bu baza ABŞ-ın Yaxın Şərqdə hərbi və kəşfiyyat fəaliyyətləri üçün əsas mərkəzlərdən biridir. Buna görə də Qətərə qarşı hər hansı silahlı hücum ABŞ üçün milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.

Netanyahu isə Trampın yanında Qətərə zəng edərək üzr istəməklə həm ABŞ-ın narahatlığını yumşaltmaq, həm də bölgədə gərginliyin daha da artmasının qarşısını almaq istəyirdi. Trampın bu məsələdə sərt mövqeyi və Qətərə təhlükəsizlik zəmanəti verməsi İsrail və ABŞ arasında koordinasiyanın güclü olduğunu göstərir.

Qabil Hüseynli

Eyni zamanda, bu hadisə göstərir ki, ABŞ regionda həm müttəfiqlərini, həm də rəqiblərini balansda saxlamağa çalışır. Trampın Netanyahunu üzr istəməyə məcbur etməsi, eyni zamanda, ABŞ-ın Qətərə dəstəyini nümayiş etdirərək, digər ərəb ölkələrinə siqnal vermək istəyindən irəli gəlir. Bu, ABŞ-ın Yaxın Şərqdəki maraqlarını qorumaq və mümkün böhranların qarşısını almaq üçün strateji addımıdır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники