RU

Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub.

News365.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb.

48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir.

O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib.

Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

Избранный
4
6
news365.az

8Источники