RU

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,1 ABŞ dolları və ya 1,58% azalaraq 68,51 ABŞ dolları olub. 

Türkiyənin Ceyhan limanında, FOB bazasında “Azeri Light” nefti 1,12 dollar və ya 1,65% ucuzlaşaraq 66,95 dollar səviyyəsində qeydə alınıb.

Müqayisə üçün, “Brent” markalı neftin dekabr fyuçersləri 66,01 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta ixrac qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub.

“Azeri Light” Azərbaycanın əsas ixrac neftidir. Yüksək keyfiyyətli (yüngül və az kükürdlü) xam neft kateqoriyasına daxildir və əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur. Layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

"Azeri Light"ın ən aşağı qiyməti 15,81 dollar (21 aprel 2020), ən yüksək qiyməti isə 149,66 dollar (iyul 2008) tarixində qeydə alınıb.

Aytac 

Избранный
22
49
anews.az

10Источники