RU

Bakıda kişi tanışını bıçaqlayıb

Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
12
13
far.az

10Источники