Dietoloq Nataliya Lazurenkonun sözlərinə görə, mayonezin gündəlik istifadəsi orqanizmdə karbohidrat mübadiləsini pozur və 2-ci tip şəkərli diabet riskini artırır.
E-saglam.az xəbər verir ki, mütəxəssisin fikrincə, mayonez — hətta evdə hazırlanmış olsa belə — sağlamlıq üçün əlverişli deyil. Onu yalnız nadir hallarda və az miqdarda yeməklərə əlavə etmək olar. Mağaza mayonezi isə daha təhlükəlidir, çünki uzunmüddətli saxlanması üçün ona müxtəlif kimyəvi maddələr əlavə edilir. Bu səbəbdən orqanizm üçün tam faydalı məhsul kimi qiymətləndirilə bilməz.
Diyetoloq vurğulayıb ki, mayonezin evdə hazırlanmış versiyasında zərərli maddələr daha az olur, amma o da yalnız bəzən və məhdud miqdarda istifadə oluna bilər.
Fəsadları nələrdir?
Lazurenko xəbərdarlıq edib ki, gündəlik rasionda mayonezin çoxluq təşkil etməsi:
piylənmə riskini artırır,
karbohidrat mübadiləsini pozur,
nəticədə 2-ci tip diabetin inkişafına zəmin yaradır.
Onun sözlərinə görə, əsas məsələ bu sousun miqdarına nəzarət etməkdir: “Orqanizm yağların balanssız qəbulundan tezliklə profisit vəziyyətinə düşə bilər ki, bu da həm artıq çəkiyə, həm də metabolik pozğunluqlara səbəb olur”.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az