RU

Qonşusunu kəllə ilə vuran şəxsə elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Tahirovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, hadisə bu il Bakı şəhəri, Xəzər rayonu ərazisində baş verib.


Belə ki, təqsirləndirilən İmran Tahirov qonşuluqda yaşayan zərərçəkmiş Sabir Əsgərzadə (adı, soyadı şərtdir) ilə mübahisə edib. Sonra o, zərərçəkmişin yaşadığı evin qarşısında ona qarşı qəsdən zor tətbiq edib. Mübahisə zamanı təqsirləndirilən şəxs yumruq və kəllə ilə dəfələrlə zərbələr endirərək Sabirin sifət və baş nahiyələrinə qəsdən xəsarətlər yetirib.
 

Hadisədən sonra İmran Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

Kamal Məmmədov 

Tarix: 3 Oktyabr 2025, 10:07   
Избранный
53
pravda.az

1Источники