Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apelyasiya protesti qismən təmin olunub, apelyasiya şikayətləri və apelyasiya şikayətinə əlavə təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. “Zərərçəkmiş şəxsin mülki iddiası üzrə 7 120 manat məbləğində pulun həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına zərərçəkmiş ödənilməsi” ilə bağlı müddəalar hökmdən xaric edilib. Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs mülkiyyətində olan və üzərinə həbs qoyulmuş mənzilə münasibətdə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilib, zərərçəkmişin mülki iddiası üzrə 7 120 manat məbləğində tələb müsadirə edilmiş əmlak hesabına ödənilib, əmlakın qalan hissəsi dövlət nəfinə alınıb.
Qeyd: Nazim Quliyevə yekun olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə-xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
O, 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb. Ötən ilin aprelində vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
4Источники
-
konkret.azMəhkəmə Nazim Quliyevin əmlakı ilə bağlı qərar çıxardı ( 22000750)
-
demokrat.azMəhkəmə Nazim Quliyevin əmlakı ilə bağlı qərar çıxardı ( 21999793)
-
demokrat.azMəhkəmə Nazim Quliyevin əmlakı ilə bağlı qərar çıxardı ( 21999790)
-
pravda.azMəhkəmə Nazim Quliyevin əmlakı ilə bağlı qərar çıxardı ( 21996961)