RU

Varşava Rusiya ilə diplomatik əlaqələri kəsə bilər

Varşava

Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək niyyətində deyil, amma “bundan sonra təxribat aktları” baş verəcəyi təqdirdə tədbir görməyə məcbur olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Polşanın Xarici işlər naziri Radoslav Sikorski “Fakt” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Varşava Polşada fəaliyyət göstərən üç Rusiya baş konsuluğundan sonuncusunu bağlaya bilər.

“Son hadisələrə cavab olaraq biz əvvəlcə Poznandakı, daha sonra Krakovdakı konsulluğu bağladıq. Rusiyanın Qdanskda üçüncü konsulluğu da var. Əgər oxşar hadisələr bir daha təkrarlanarsa, həmin ofisi də bağlayacağıq”, – Sikorski bildirib.

E. KAMAL
Избранный
15
reyting.az

1Источники