RU

Ağ Ev Azərbaycanla bağlı hesabat yaydı

ABŞ Prezident Administrasiyası bir neçə ölkənin Donald Trampın İsrail və HƏMAS arasında müharibəyə son qoymaq təşəbbüsünü dəstəklədiyini qeyd edən hesabat dərc edib.

Turkustan.az Ağ Evə istinadən xəbər verir ki, onların arasında Azərbaycan da var.

Hesabatda Azərbaycan Xarici İşlər Nazirliyindən sitat gətirilir: “Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq. Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”./globalinfo.az

Избранный
11
7
turkustan.az

10Источники