RU

32 xarici ali məktəbin diplomları Azərbaycanda tanınmır - Siyahı - Siyahı

32

Xaricdə ali təhsil almış şəxslərin diplomlarının Azərbaycanda tanınması ilə bağlı müraciətlərin sayı artır.

Görəsən, son 3 ildə ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlər hansılardır?

Reyting.az-ın məlumatına görə, AzEdu.az mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.

Bildirilir ki, agentliyə edilən müraciətlər əsasında aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq, kvalifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və müvafiq olaraq ən çox imtina alan universitetlərin siyahısı aşağıdakı kimidir:

TKTA-nın təqdim etdiyi rəsmi məlumata əsasən, tanınma üzrə ən çox imtina alan ali təhsil sənədləri aşağıdakı ölkələrə aiddir:

1.Rusiya Federasiyası

2.Ukrayna

3.Gürcüstan.


Ekspertiza nəticəsində aşağıdakı ali təhsil müəssisələri üzrə verilən sənədlərin böyük əksəriyyəti tanınmayıb. Siyahıda universitetin yerləşdiyi ölkə və imtina faizləri göstərilib:

Gürcüstan - Avropa Tədris Universiteti - 100%

Ukrayna - Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti – 99%

Gürcüstan - Yeni Universitet – 98%

Ukrayna - Avqustin Voloşin adına Karpat Universiteti – 93%

Rusiya Federasiyası - Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu – 92%

Rusiya Federasiyası - Cənubi Rusiya Humanitar İnstitutu – 86%

Rusiya Federasiyası - Dərbənd Humanitar İnstitutu – 85%

Rusiya Federasiyası - Müasir Humanitar Akademiya – 83%

Rusiya Federasiyası - Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 81%

Rusiya Federasiyası - Dünya İqtisadiyyatı İnstitutu – 79%

Rusiya Federasiyası - Dağıstan Təhsil və Mədəniyyət Akademiyası – 78%

Rusiya Federasiyası - İvanovo Dövlət Universiteti – 76%

Gürcüstan - Millenium Tədris Universiteti – 73%

Gürcüstan - Beynəlxalq Tədris Universiteti – 72%

Ukrayna - Avropa Universiteti – 71%

Gürcüstan - Tbilisi Açıq Tədris Universiteti – 66%

Rusiya Federasiyası - Moskva Sahibkarlıq və Hüquq İnstitutu – 66%

Rusiya Federasiyası - Dövlət Turizm və Xidmət Universiteti – 60%

Rusiya Federasiyası - Cənub Federal Universiteti – 60%

Ukrayna - T. Şevçenko adına Luqansk Milli Universiteti – 58%

Rusiya Federasiyası - Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 58%

Rusiya Federasiyası - Maliyyə və Hüquq İnstitutu – 55%

Ukrayna - Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu" – 55%

Rusiya Federasiyası - Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu – 55%

Ukrayna - Poltava İqtisadiyyat və Ticarət Universiteti – 53%

Gürcüstan - Kənd Təsərrüfatı Universiteti – 52%

Rusiya Federasiyası - "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti – 52%

Gürcüstan - Tbilisi Humanitar Tədris Universiteti – 51%

Rusiya Federasiyası - Moskva Politexnik Universiteti – 51%

Ukrayna - Regionlararası Heyətin İdarəolunması Akademiyası – 50%

Ukrayna - Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti – 50%

Gürcüstan - Suxişvili Tədris Universiteti – 50%.

TKTA-nın nümayəndələri bildirir ki, bu nəticələr ali təhsil almaq üçün xaricə üz tutmaq istəyən vətəndaşlar üçün önəmli siqnaldır. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər.
Избранный
13
24
reyting.az

10Источники