RU

“Araz Naxçıvan” “İmişli”yə, “Zirə” “Neftçi”yə qarşı

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.  

Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. 6 turdan sonra 11 xalı olan Naxçıvan klubu turnir cədvəlində 4-cü, İmişli təmsilçisi isə 8 xalla 7-ci yeri tutur.

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gələcək. 

6 turdan sonra 12 xalı olan “Zirə” “Turan Tovuz”la birgə şərikli liderdir. Cəmi bir qələbəsi olan “Neftçi” isə 7 xalla 8-ci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası

7-ci tur

3 oktyabr

17:00. “Araz-Naxçıvan” - “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

“Liv Bona Dea Arena”

19:30. “Zirə” - “Neftçi”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Əliyev

Zirə İdman Kompleksinin stadionu

4 oktyabr

17:30. “Qarabağ” - “Kəpəz”

19:30. “Sumqayıt” - “Turan Tovuz”

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”

17:30. “Qəbələ” - “Şamaxı”.

Bizim.Media

Избранный
16
5
bizim.media

10Источники