Yazını böyüt
Yazını kiçilt
İsrail Müdafiə Ordusu (SAXAL) bir müddət əvvəl Livanın cənubunda "Hizbullah"ın atəş və müdafiə sistemlərinin idarə edildiyi məntəqəyə zərbələr endirib.
Hafta.az bu barədə SAXAL-ın Mətbuat Xidmətinə istinadla xəbər verir. Hücum zamanı silah anbarları, hərbi tikililər və yeraltı infrastruktur obyektləri hədəfə alınıb.
"Bu məntəqədə terror fəaliyyəti aşkar edilmişdi", - deyə məlumatda qeyd edilib.
O da vurğulanıb ki, belə bir obyektin mövcudluğu, həmçinin orada həyata keçirilən terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs barədə razılaşmaların pozulmasıdır.