ABŞ Dövlət Departamenti 34 milyon dollar dəyərindəki AGM-65G2 “Maverick” taktiki raketlərinin Cənubi Koreyaya satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Qeyd edilib ki, sifarişə 44 ədəd M142 HIMARS YARS-ın, 132 ədəd M31A2 GMLRS raketinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.