RU

"Vətənə xəyanət" işi: DTX tərəfindən izlənilmək qorxusu...

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığı zamanı görüş təyin etdiklərini, amma görüşün səbəbini xatırlamadığını bildirib. Azad Məmmədli Frederik Devosa öz CV-sini göndərib. Frederik isə onu fransız şirkətində işlə təmin edəcəyi vədini verib.

Digər bir yazışmada Martin Rayan Azad Məmmədliyə bildirib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və maus hədiyyə edib. Hədiyyəni təqdim edərkən Loran Lödit qeyd edib ki, səfirlikdə istifadəsiz qalan çoxlu texniki avadanlıq var.

Bu hadisədən sonra Azad Məmmədlidə paranoya yaranıb. O, fransız diplomatların onları dost deyil, mənbə kimi gördüklərini düşünməyə başlayıb. Eyni zamanda, Loran Lödit tərəfindən verilən avadanlıqlarda dinləmə cihazı və ya gizli kamera yerləşdirilə biləcəyini düşünüb. O, Martinə deyib: "Biz digərlərindən fərqliyik. Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumatlıyıq və bu bilikləri təhlil edib başqalarına ötürə bilərik".

Yazışmanın davamında Martin Rayan Azad Məmmədliyə evində izləmə cihazı ola biləcəyindən şübhəli olduğunu bildirib. Eyni zamanda bu məsələnin mütəxəssislə dəqiqləşdirilməsini tövsiyə edib.

A.Məmmədli isə Martinin dediklərinin gizli şəkildə yazılmasının belə onun üçün xəyanət kimi dəyərləndiriləcəyini deyib.

Söhbətin davamında Martin Rayan Azad Məmmədliyə fransız kəşfiyyatçısı Loran Qrardın "Siqnal" adlı yazışma proqramı vasitəsilə Qarabağda keçirilən antiterror əməliyyatı ilə bağlı informasiya əldə etməyə çalışa biləcəyini söyləyib. Lakin bu barədə əmin olmadığını, çünki həmin vaxt artıq “Signal” tətbiqini silmiş olduğunu da əlavə edib.

Избранный
17
20
publika.az

4Источники