Rusiya yeni hipersəs silah sistemlərinə sahib ola bilər: iş gedir. Vətənini.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz daha bir hipersəs silahı olan “Kinjal” və qitələrarası mənzilli “Avanqard” silahı hazırlamışıq. Digər sistemləri də inkişaf etdirə bilərik. Planladığımız heç nəyi unutmamışıq. Hazırda iş gedir. Nəticələr olacaq”, – Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
Onun sözlərinə görə, Rusiya çoxlu yüksək texnologiyalı silahlar, o cümlədən Oreşnik sistemi əldə edib.
“Biz bir çox müasir yüksək texnologiyalı silah sistemləri əldə etmişik. Məsələn, Oreşniki götürək. Oreşkini yox, Oreşniki. Biz bu yaxınlarda göstərdik ki, belə silahlar strateji deyil. İndi ABŞ-da bəzi ekspertlərin belə dediyini eşidirik: “Xeyr, onlar hər halda strateji silahlardır.” Bu məsələyə aydınlıq gətirilməlidir”, – Rusiya prezidenti bildirib.